7 noyabr 2026. Şənbə

PSJ Lion səddini keçə bilmədi


PSJ Lion səddini keçə bilmədi
Fransa çempionatında 20-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.
 
“Brest” doğma meydanda “Nitsa”nı, “Mets” isə “Strasburq”u qəbul edib. Hər iki oyunda qonaqlar qələbəyə sevinən tərəf olub. 
 
“Klermon” - “Reyms” və “Nant” - “Monako” matçlarında qapılara qol vurulmayıb.
 
PSJ isə bu turda səfərdə Lion “Olimpik”inin qonağı olub. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
 
Bu tur keçirilməli olan “Anje” – “Sent-Etyen”, “Lill” – “Loryan” və “Monpelye” – “Trua” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
 
Fransa Liqa 1
20-ci tur
7 yanvar
 
Bordo – Olimpik (Marsel) 0:1
Qol: C.Ündər, 37.
 
8 yanvar
 
Lans – Renn 1:0
Qol: Said, 89.
 
9 yanvar
 
Brest – Nitsa 0:3
Qol: Dolberq, 13. Delor, 79. Quiri, 90+3.
 
Klermon – Reyms 0:0
 
Mets – Strasburq 0:2
Qol: Ayorke, 50. Aholu, 90+1.
 
Nant – Monako 0:0
 
Olimpik (Lion) – PSJ 1:1
Qol: Paketa, 7 – Kehrer, 76.






Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi