5 may 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibi 1/4 finala penaltilərlə vəsiqə qazandı


Qarabağ'ın rəqibi 1/4 finala penaltilərlə vəsiqə qazandı
 Fransa kubokunda 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk gündə beş qarşılaşma keçirilib.
 
“Nant” “Brest”i, “Amyen” “Nansi”ni, “Versal” isə “Tuluza”nı məğlub edərək mübarizədən kənarlaşdırıb.
 
“Bastiya” “Reyms”lə oyunda penaltilərlə qalib gələrək mərhələ adlayıb. “Qarabağ”ın Avropa Konfrans Liqasındakı rəqibi – “Olimpik Marsel”i isə “Monpelye” ilə üz-üzə gəlib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq olan “Marsel” 1/4 finala yüksəlib.
 
Fransa kuboku
1/8 final
29 yanvar
 
Nant – Brest 2:0
Nansi – Amyen 0:2
Tuluza – Versal 0:1
Reyms – Bastiya 1:1 (penaltilər 3:5)
Olimpik (Marsel) – Monpelye 1:1 (penaltilər 5:4)
 






Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu