7 noyabr 2026. Şənbə

Qarabağ'ın rəqibinin təxirə salınmış oyununun vaxtı bilindi


Qarabağ'ın rəqibinin təxirə salınmış oyununun vaxtı bilindi

Fransa Liqa 1-in 14-cü turunda azarkeşlərin meydana daxil olması səbəbindən təxirə salınan “Lion” – “Marsel” matçının keçirilmə vaxtı məlum olub.

Corner.az xəbər verir ki, qarşılaşma fevralın 1-də keçiriləcək. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Ötən il, noyabrın 25-də keçirilən “Lion” – “Marsel” matçında yerli azarkeşlər “Marsel”in futbolçusu Dimitri Payetin başına su butulkası atıb. Bundan sonra fanatlar meydana daxil olub və matç yarımçıq dayandırılıb.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu fevralın 17-də Fransada keçirəcək. Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi