Fransa çempionatında 23-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun günündə baş tutub.
“Trua” – “Mets” matçında qapılara qol vurulmayıb. “Loryan” “Lans”ı, “Strasburq” “Nant”ı, “Renn” isə “Brest”i məğlub edib. “Nitsa” doğma meydanda “Klermon”a məğlub olubsa, “Reyms” “Bordo”nu 5 cavabsız qolla qalib gəlib.
Turun mərkəzi görüşündə “Lill” doğma meydanda PSJ-ni qəbul edib. Görüş Paris təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.
Fransa Liqa 1
23-cü tur
4 fevral
Olimpik (Marsel) – Anje 5:2
Qol: Milik, 18; 70; 78. Jerson, 21. C.Ündər, 85 – Fulgini, 8. Bentaleb, 11.
5 fevral
Sent-Etyen – Monpelye 3:1
Qol: Hamuma, 82. Nordin, 90. Xazri, 90+2 – Vahi, 11.
Monako – Olimpik (Lion) 2:0
Qol: Lukas, 2. Ben Yedder, 27.
6 fevral
Loryan – Lans 2:0
Qol: Soumano, 43. Kone, 76.
Nitsa – Klermon 0:1
Qol: Raşani, 77.
Reyms – Bordo 5:0
Qol: Ekitike, 40. Munetsi, 46; 76. Matusiva, 59. Faes, 62.
Strasburq – Nant 1:0
Qol: Linard, 74.
Trua – Mets 0:0
Renn – Brest 2:0
Qol: Laborde, 20. Terrye, 90.
Lill – PSJ 1:5
Qol: Botman, 28 – Danilo, 10; 51. Kimpembe, 32. Messi, 38. Mbappe, 67.