23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibi kubokda darmadağın oldu


Qarabağ'ın rəqibi kubokda darmadağın oldu
 Fransa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
 
Əvvəlcə aşağı liqa təmsilçiləri “Berjera” “Versal”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan “Versal” yarımfinala vəsiqə qazanıb.
 
Günün digər matçı “Qarabağ”ın Avropa Konfrans Liqasındakı rəqibi “Olimpik Marsel”lə “Nitsa” üz-üzə gəlib. Rəqibinə böyük hesabla qalib gələn “Nitsa” 11 il sonra Fransa kubokunda adını yarımfinala yazdırıb.
 
Fransa kuboku
1/4 final
8 fevral
 
Monako – Amyen 2:0
Qol: Çuameni, 5. Volland, 54.
 
9 fevral
 
Berjerak – Versal 1:1 (penaltilər 4:5)
Qol: Tressens, 89 – Dyarrassuba, 14.
 
Nitsa – Olimpik (Marsel) 4:1
Qol: Quiri, 10. Kluyvert, 29; 49. Delor, 61 – Bard, 3-öz qapısına.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib