29 yanvar 2026. Cümə axşamı

Sonuncu yarımfinalçı da bilindi


Sonuncu yarımfinalçı da bilindi
Fransa kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
 
“Nant” doğma meydanda “Bastiya”nı qəbul edib. İki cavabsız qolla qalib gələn “Nant” yarımfinala yüksəlib.
 
Xatırladaq ki, daha öncə “Monako”, “Versal” və “Nitsa” da növbəti mərhələyə vəsiqə qazanmışdı.
 
Fransa kuboku
1/4 final
8 fevral
 
Monako – Amyen 2:0
Qol: Çuameni, 5. Volland, 54.
 
9 fevral
 
Berjerak – Versal 1:1 (penaltilər 4:5)
Qol: Tressens, 89 – Dyarrassuba, 14.
 
Nitsa – Olimpik (Marsel) 4:1
Qol: Quiri, 10. Kluyvert, 29; 49. Delor, 61 – Bard, 3-öz qapısına.
 
10 fevral
 
Nant – Bastiya 2:0
Qol: Blez, 3. Muani, 71.






Fransa L.1