23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibində baş məşqçi ilə futbolçular arasında problem


Qarabağ'ın rəqibində baş məşqçi ilə futbolçular arasında problem

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"ində baş məşqçi Xorxe Sampaoli və futbolçular arasında problem yaranıb.

Corner.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssisin tapşırıqlarını oyunçular meydanda dəqiq yerinə yetirə bilmirlər.

İddiaya görə, buna səbəb futbolçuların Sampaolini ciddiyə almamaları və məşqlərdə onun tapşırıqlarını diqqətlə dinləməmələridir. Marsel təmsilçisinin ölkə kubokunun 1/4 final mərhələsində səfərdə "Nitsa"ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra komanda daxilində ab-havanın yaxşı olmadığı və gərginliyin artdığı bildirilib.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib