23 oktyabr 2024. Çərşənbə

Mbappe Messinin qol rekordunu təkrarladı


Mbappe Messinin qol rekordunu təkrarladı

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe komanda yoldaşı Lionel Messinin rekordunu təkrarlayıb.

Corner.az "Be Foot" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu buna "Renn"i 1:0 hesabı ilə məğlub etdikləri Liqa 1-in 24-cü tur oyununda nail olub.

Paris təmsilçisinə qələbə qazandıran 23 yaşlı futbolçu yerli çempionatda 119-cu qolunu vurub. Beləliklə, Mbappe 24 yaşadək Avropanın top-5 liqasında XXI əsrdə ən çox qol vuran iki oyunçudan biridir.

Qeyd edək ki, dekabrın 20-də Kilian Mbappenin 24 yaşı tamam olacaq. Hücumçunun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib