22 aprel 2026. Çərşənbə

Lion Lill'ə uduzdu, Marsel xal itirdi


Lion Lill'ə uduzdu, Marsel xal itirdi
 Fransa çempionatında 26-cı turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
“Monako” evində “Reyms”i, “Anje” “Lans”ı, “Brest” isə “Loryan”ı qəbul edib. Bu görüşlərdə hamısında meydan sahibləri məğlub olub. “Klermon” – “Bordo” və “Mets” – “Nant” oyunlarında qalib müəyyənləşməyib.
 
Avropa Konfrans Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i səfərdə “Trua”nın qonağı olub. Bu oyunda da qalib müəyyənləşməyib

. Lion “Olimpik”i isə evdə son çempion “Lill”i qəbul edib və minimal hesabla məğlub olub.
 
Fransa Liqa 1
26-cı tur
25 fevral
 
Monpelye – Renn 2:4
Qol: Oyonqo, 19. Vahi, 41 – Terrye, 8. Buriqe, 15. Laborde, 52. Mayer, 84.
 
26 fevral
 
Strasburq – Nitsa 0:0
 
PSJ – Sent-Etyen 3:1
Qol: Mbappe, 42; 47. Danilo, 52 – Bouanqa, 16.
 
27 fevral
 
Monako – Reyms 1:2
Qol: Ben Yedder, 55 – Volland, 84-öz qapısına. Mbuku, 90+2.
 
Anje – Lans 1:2
Qol: Fulgini, 49 – Mendi, 73-öz qapısına. Klauss, 76.
 
Brest – Loryan 0:1
Qol: Kone, 73.
 
Klermon – Bordo 1:1
Qol: Raşani, 32 – Jullavoqi, 13.
 
Mets – Nant 0:0
 
Trua – Olimpik (Marsel) 1:1
Qol: Tuzqar, 90 – Payet, 28-pen.
 
Olimpik (Lion) – Lill 0:1
Qol: Qudmundsson, 35.






Fransa L.1

PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki
“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi