16 mart 2026. Bazar ertəsi

Monako mübarizəni dayandırdı


Monako mübarizəni dayandırdı
Futbol üzrə Fransa kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
 
“Nant” doğma meydanda “Monako” ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı məhsuldar alınsa da, qalib müəyyənləşməyib. Bu üzdən də sonda penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan “Nant” finala yüksəlib.
 
Daha öncə “Nitsa” da finala vəsiqə qazanmışdı. Həlledici qarşılaşma mayın 8-də keçiriləcək.
 
Fransa kuboku
Yarımfinal
 
1 mart
 
Nitsa – Versal 2:0
Qol: Quiri, 48. Dolberq, 73.
 
2 mart
 
Nant – Monako 2:2 (penaltilər 4:2)
Qol: Sidibe, 21-öz qapısına. Mutussami, 74 – Maripan, 12. Boadu, 76.






Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi