29 yanvar 2026. Cümə axşamı

Mbappe dünyanın ən yaxşı futbolçusudur, Messi isə…


Mbappe dünyanın ən yaxşı futbolçusudur, Messi isə…

PSJ-nin idman direktoru Leonardo komandanın hücumçusu Lionel Messi ilə digər hücumçusu Kilian Mbappe haqda danışıb.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, onların bir-biri ilə müqayisə edilməsinin doğru olmadığını deyib:

“Məncə, Mbappe, Neymar və ya Messi kimi böyük futbolçular üçün mühit vacibdir. Kilian Mbappe hazırda dünyanın ən yaxşı futbolçusudur. Messi isə həmişə o səviyyədə olub və mənim üçün hələ də belədir. Bu gün hansı futbolçunun daha yaxşı mühakimə etmək doğru deyil. Birinin 23, digərinin isə 34 yaşı var”.







Fransa L.1