7 noyabr 2026. Şənbə

PSJ idman direktoru ilə yollarını ayırır


PSJ idman direktoru ilə yollarını ayırır

Fransanın PSJ klubu idman direktoru Leonardo ilə yollarını ayıracaq.

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi mövsümün sonunda 52 yaşlı funksioneri göndərəcək.

Klub prezidenti Nasser Əl-Xəlaifinin transferlərin nəticələrindən narazı olduğu və ötən yay nəhəng investisiyalar Çempionlar Liqasında uğurlu çıxış etmək üçün yetərli olmadığı üçün bu addımı atdığı vurğulanıb.

Bundan əlavə, Leonardo hücumçu Kilian Mbappeni müqaviləni yeniləməyə razı sala bilməyib. Onu bu postda İngiltərənin "Tottenhem" klubunun icraçı direktoru Fabio Paratiçinin əvəzləyəcəyi ehtimal olunur.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində iki oyunun nəticəsinə əsasən İspaniya "Real Madrid"inə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi