7 noyabr 2026. Şənbə

PSJ və Marsel'dən darmadağın, Monako və Lion uduzdu


PSJ və Marsel'dən darmadağın, Monako və Lion uduzdu
Fransa çempionatında 28-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
UEFA Çempionlar Liqasında “Real”a məğlub olaraq mübarizəni dayandıran PSJ evdə autsayder “Bordo”nu sınağa çəkib. Paris təmsilçisi bu oyunda darmadağınla qələbə qazanıb.
 
Marsel “Olimpik”i isə səfərdə “Brest”in qonağı olub. Marsellilər də bu oyunda darmadağınla qalib gəlib.
 
Lion “Olimpik”i evdə “Renn”i qəbul edib. Altı qolun qeydə alındığı bu görüşdə də qonaqlar qələbəyə sevinən tərəf olub."Monako"da səfərdə "Strasbur"a minimal hesabla uduzub. "Mets" - "Lans" matçında qapılara qol vurulmayıb.  "Anje" doğma meydanda "Reyms"ə, "Klermon" isə "Loryan"a məğlub olub.
 
Fransa Liqa 1
28-ci tur
 
11 mart
 
Lill – Sent-Etyen 0:0
 
12 mart
 
Monpelye – Nitsa 0:0
 
Trua – Nant 1:0
Qol: Uqbo, 43.
 
13 mart
 
PSJ – Bordo 3:0
Qol: Mbappe, 24. Neymar, 52. Paredes, 61.
 
Anje – Reyms 0:1
Qol: Flips, 24.
 
Klermon – Loryan 0:2
Qol: Kone, 72. Petrot, 76.
 
Mets – Lans 0:0
 
Strasbur – Monako 1:0
Qol: Djiku, 23.
 
Olimpik (Lion) – Renn 2:4
Qol: Traore, 59-öz qapısına. Dembele, 82-pen – Buriqe, 11. Santamariya, 13. Mayer, 45+1. Terrye, 49.
 
Brest – Olimpik (Marsel) 1:4
Qol: Kardona, 90+1 – Jerson, 3. Milik, 63. Harit, 71. C.Ündər, 90+4.






Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi