PSJ klubunun futbolçuları Lionel Messi və Neymar azarkeşlər tərəfində fitə basılıblar. Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Liqa-1-in 28-ci tur çərçivəsində evdə “Bordo”ya qarşı oyununda (3:0) yaşanıb.
Fanatlar Messi və Neymar hər dəfə topa sahib olanda fit çalıblar. Bundan başqa, onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Neymar matçda bir qol vursa da, bu fanatların hirsini soyutmayıb.
Hətta RMC Sport şərhçisi Roten də Lionel Messini "Fırıldaqçı" adlandırıb.
"Saxtakar... Bunu Messi üçün deməyə utanıram"
"Bu məğlubiyyətə görə Messi və Neymar cavabdehdir! Məsuliyyəti öz üzərinə götürmək onların üzərinə düşür. Onlar klubun fiqurlarıdır, Leonardo onları bunun üçün götürüb. Hər iki oyunda təhlükə yaradan yeganə şəxs Mbappe idi.
Gəldiyi gündən bəri etdiyi fırıldaqlar... Leo haqqında bunu deməyə utanıram, amma bu, həqiqətdir”.
“Digəri deyirəm, çünki onun adını çəkmək artıq məni narahat edir”
Roten Neymarı tənqid edərkən, braziliyalı futbolçu üçün “digəri” ifadəsini işlədib.
"Digəri bütün topları itirdi. Digərini deyirəm, çünki onun adını söyləmək məni çox narahat edir. Onun orada olması zarafatdır. O, PSJ-dəki oyunçuların 50 faizindən də pisdir. Biz bəhanə axtarmağa davam edəcəyik. o oradadır."
Qeyd edək ki, PSJ ötən həftə Çempionlar Liqasının 1/8 final matçında “Real”a uduzaraq mübarizəni dayandırıb. Əlavə edək ki, fransa millisinin sabiq futbolçusu Roten 2004-cü ildə PSJ-yə keçib və 6 il paytaxt komandasının uğurları üçün çalışın. Rothen 2010-cu ilin yanvarında "Ankaragücü"yə 6 aylıq icarəyə verilib.