Fransa çempionatında 29-cu turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.
“Loryan” evde “Strasbur”u qəbul edib. Bu matçda qapılara qol vurulmayıb. Lion “Olimpik”i səfərdə “Reyms”in qonağı olub və bu görüşdə də qapılara qol vurulmayıb.
PSJ səfərdə “Monako”nun qonağı olub. Bu görüşdə knyazlıq təmsilçisi qonaqları 3 cavabsız qolla məğlub edib.
Turun mərkəzi görüşü “Velodrom”da baş tutub. Marsel “Olimpik”i doğma meydanda “Nitsa” ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu matçda meydan sahibləri qələbə qazanıb.
“Anje” evdə “Brest”i qəbul edib və minimal hesabla qalib gəlib. “Monpelye” isə səfərdə “Bordo”nun qonağı olub və qələbə qazanıb. “Renn” də “Mets”lə ev oyununda darmadağınla qalib gəlib.
Fransa Liqa 1, 29-cu tur
18 mart
Sent-Etyen – Trua 1:1
Qol: Budebus, 67-pen – Motiba, 18.
19 mart
Lans – Klermon 3:1
Qol: Danso, 39. Sotoka, 45+3. Haydara, 58 – Raşani, 9.
Nant – Lill 0:1
Qol: Onana, 41.
20 mart
Monako – PSJ 3:0
Qol: Ben Yedder, 25; 84-pen. Volland, 68.
Anje – Brest 1:0
Qol: Bufal, 39-pen.
Bordo – Monpelye 0:2
Qol: Vahi, 11. Molle, 16.
Loryan – Strasbur 0:0
Renn – Mets 6:1
Qol: Terrye, 18-pen; 27. Jirassi, 40; 54; 64. Traore, 59 – Mafuta, 87.
Reyms – Lion 0:0
Marsel – Nitsa 2:1
Qol: Milik, 45+3-pen. Bakambu, 89 – Lemina, 90+1