21 iyun 2026. Bazar günü

PSG Monaco ilə oyuna 500 yanğınsöndürən dəvət edib


PSG Monaco ilə oyuna 500 yanğınsöndürən dəvət edib

PSG klubu Monaco ilə keçirəcəyi Fransa Liqasının 33-cü tur matçına Notr-Dam-de-Pari kilsəsinin söndürülməsində iştirak etmiş 500 yanğınsöndürəni  dəvət edib. 

Corner.az-ın "Le Parisien"ə istinadən verdiyi məlumata görə, yanğınsöndürənlərdən 2-si topa simvolik zərbə vuracaq. Görüş aprelin 21-də Parisdəki "Park de Prens" stadionunda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Qeyd edək ki, 32 turdan sonra PSG 81 xalla 1-ci, Monaco 32 xalla 16-cı pillədə qərarlaşıb. 







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”