Fransa çempionatında 31-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
“Brest” – “Nant” matçında tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Səfərdə “Anje”nin qonağı olan son çempion “Lill” turu xal itkisi ilə başa vurub. Lion “Olimpik”i isə “Strasburq”la matçda xal itkisi ilə üzləşib.
“Monako” “Trua”nı, “Bordo” “Mets”i, “Lans” isə “Nitsa”nı məğlub edib. Turun qapanış matçında ikinci pillədə qərarlaşmış Marsel “Olimpik”i doğma meydanda “Monpelye”ni sınağa çəkib. Marsellilər bu oyunda inamlı qələbə qazanıb.
Fransa Liqa 1
31-ci tur
8 aprel
Loryan – Sent-Etyen 6:2
Qol: Moffi, 42; 86. Kone, 45+1; 65. Le Fee, 61. Buasqar, 89 – Bouanqa, 4. Nordin, 22.
9 aprel
Reyms – Renn 2:3
Qol: Busi, 60. Kayuste, 81-pen – Buriqe, 39; 43. Terrye, 58.
Klermon – PSJ 1:6
Qol: Dossou, 42 – Neymar, 6; 71; 83. Mbappe, 19; 74; 80.
10 aprel
Bordo – Mets 3:1
Qol: Manqas, 52. Nyanq, 68. Hvanq, 88 – Lamkel, 21.
Anje – Lill 1:1
Qol: Djalo, 64-öz qapısına – Jeqrova, 74.
Brest – Nant 1:1
Qol: Şardonne, 67 – Muani, 10.
Monako – Trua 2:1
Qol: Enrike, 19. Volland, 57 – Uqbo, 39.
Lans – Nitsa 3:0
Qol: Kalimuendo, 51; 67. Dukure, 55.
Strasburq – Olimpik (Lion) 1:1
Qol: Sissoko, 20 – Ekambi, 90.
Olimpik (Marsel) – Monpelye 2:0
Qol: Dienq, 9. C.Ündər, 19-pen.