23 oktyabr 2024. Çərşənbə

Lion baş məşqçisi ilə bağlı qərarını verdi


Lion baş məşqçisi ilə bağlı qərarını verdi
Peter Boş gələn mövsümdə də Lion “Olimpik”inin baş məşqçisi vəzifəsində qalacaq. Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu məlumatı klub prezidenti Jan-Mişel Olas da təsdiqləyib.
 
Bildirək ki, 58 yaşlı mütəxəssis ötən ildən Fransa təmsilçisini çalışdırır.
 
Lion klubu Liqa 1-də 49 xalla səkkizinci yerdədir və növbəti mövsümdə avrokuboklara vəsiqə qazanmaq üçün hələ də şansı var. Eyni zamanda, Boşun komandası Konfrans Liqasının 1/4 finalında İngiltərə “Vest Hem”inə ümumi hesabda uduzub.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib