5 dekabr 2025. Cümə

Lionel Messi sıradan çıxdı


Lionel Messi sıradan çıxdı

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi sıradan çıxıb.

Corner.az klubun rəsmi saytına istinadən məlumatına görə, 34 yaşlı hücumçunun axill vətərində problem aşkarlanıb. Argentinalı futbolçu bu səbəbdən "Anje"yə qarşı Liqa 1-in 33-cü tur matçını çıxış etməyəcək. Messinin son durumu ilə bağlı 2 gündən sonra məlumat veriləcək.

Messi ilə yanaşı, Marko Verratti, Presnel Kimpembe, Leandro Parades, Yulian Draksler, Ander Errera, Leven Kurzava və Abu Diallo da müxtəlif səbəblərdən bu görüşü buraxacaqlar.

Qeyd edək ki, "Anje" - PSJ oyunu aprelin 20-də keçiriləcək.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər