21 aprel 2026. Çərşənbə axşamı

Poçettino'dan fitə basılan Messi ilə bağlı açıqlama


Poçettino'dan fitə basılan Messi ilə bağlı açıqlama
PSJ-nin baş məşqçisi Maurisio Poçettino azarkeşlərin hücumçu Lionel Messini fitə basması ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, argentinalı mütəxəssis həmyerlisinin azarkeşlər tərəfindən fitə basılmasını başa düşməkdə çətinlik çəkdiyini bildirib:
 
“Bu, inanılmazdır. Messinin böyüklüyünü, eləcə də, futbola nə verdiyini və bundan sonra da verəcəyini nəzərə alsaq, belə şeyləri başa düşmək çətindir. Anlaşılmaz bir vəziyyətdir”.
 
Paris klubunun azarkeşlər  34 yaşlı futbolçu oyuna çıxdığı bütün görüşlərdə onu fitə basıblar.
 
Bildirək ki, Messi dünən keçirilən oyunda “Lans”la oyunda komandasının yeganə qoluna imza atıb - 1:1. PSJ bu heç-heçə ilə vaxtından əvvəl Fransa çempionluğunu elan edib.






Fransa L.1

PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki
“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi