5 dekabr 2025. Cümə

Çempion PSJ-də Poçettino ilə yollar ayrılır


Çempion PSJ-də Poçettino ilə yollar ayrılır
Bu mövsüm vaxtından əvvəl ölkə çempionu olan PSJ baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırır. Corner.az xəbər verir ki, klub rəhbərliyi argentinalı mütəxəssislə mövsümün sonunda vidalaşacaq.
 
İddiaya görə, PSJ Poçettinonun əvəzində bu posta hazırda “Tottenhem”i çalışdıran Antonio Konteni gətirmək niyyətindədir. İtaliyalı mütəxəssislə ilkin danışıqların uğurlu alındığı və razılaşma olacağı təqdirdə Poçettino da sabiq klubu “Tottenhem”ə qayıdacaq. 

Bildirək ki, PSJ Liqa 1-in 34-cü turu çərçivəsində “Lans”la oyunda (1:1) heç-heçə etsə də, sona 4 tur qalmış çempionluğu təmin edib. Bu, parislilərin son 10 ildəki 8-ci çempionluğudur.
 
Poçettino ötən ilin əvvəlindən PSJ-yə rəhbərlik edir. 






Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər