1 avqust 2026. Şənbə

Ən yaxşı olmağa çalışacam - Ramos


Ən yaxşı olmağa çalışacam - Ramos

PSJ-nin müdafiəçisi Serxio Ramos Fransa çempionatının 35-ci turunda “Strasburq”la keçirdikləri oyunla (3:3) fikirlərini bölüşüb.

Corner.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ispan futbolçu oyunda olan əksikləri aradan qaldırmağa çalışmalı olduqlarını deyib:

“Onlar təslim olmadılar və son dəqiqəyə qədər mübarizə etdilər. Daha yaxşı oynayaraq əksikliklərimizi yaxşılaşdıra bilərik.

Meydana qayıtdığım üçün xoşbəxtəm. Çox şadam ki,artıq tez-tez meydanda oluram. Mövsümün sonunda və gələn mövsümdə ən yaxşı səviyyədə olmağa çalışacam”.

Bildirək ki, Ramosun PSJ ilə müqaviləsi 2023-cü ildə başa çatır. 







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”