5 may 2026. Çərşənbə axşamı

Marsel evdə darmadağın oldu


Marsel evdə darmadağın oldu

Futbol üzrə Fransa çempionatında 35-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Turun maraqla gözlənilən oyunlarından biri “Marsel”lə “Lion” arasında olub. Bu oyunda qonaqlar darmadağınla  qalib gəlib. Son çempion "Lill" səfərdə "Trua"ya uduzub. Dörd qolun qeydə alındığı "Monpelye" - "Mets" matçında qalib müəyyənləşməyib. "Bordo" "Nitsa"ya, "Klermon" "Brest"ə, "Loryan" "Reyms"ə məğlub olub. "Monako" doğma meydanda "Anje" üzərində inamlı qələbəyə sevinib.

Fransa Liqa 1
35-ci tur

29 aprel

Strasburq – PSJ 3:3
Qol: Qameyro, 3. Verratti, 75-öz qapısına. Kasi, 90+1 – Mbappe, 23; 68. Hakimi, 64.

30 aprel

Lans – Nant 2:2
Qol: D.Kosta, 67. Kalimuendo, 81 – Simon, 8; 32.

Renn – Sent-Etyen 2:0
Qol: Mayer, 41; 84.

1 may

Trua – Lill 3:0
Qol: Tardeu, 43-pen; 86-pen. Uqbo, 55-pen.

Brest – Klermon 2:0
Qol: Brassye, 60. Munye, 62.

Loryan – Reyms 1:2
Qol: Moffi, 32 – Zeneli, 17. Ture, 59.

Monako – Anje 2:0
Qol: Bamba, 42-öz qapısına. Ben Yedder, 61.

Monpelye – Mets 2:2
Qol: Souke, 80. Vahi, 90+1 – Delayne, 24. Mafuta, 70.

Bordo – Nitsa 0:1
Qol: Delor, 74.

Marsel – Lion 0:3
Qol: Lukeba, 55. Dembele, 76. Ekambi, 88.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu