5 may 2026. Çərşənbə axşamı

PSJ qələbəni əldən verdi


PSJ qələbəni əldən verdi

Futbol üzrə Fransa çempionatında 36-cı turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.

“Anje” “Bordo”ya, “Klermon” isə “Monpelye”yə qalib gəlib. “Lans” səfərdə “Reyms”in qonağı olub və qələbə qazanıb. Marsel “Olimpik”i səfərdə “Loryan”ın qonağı olub və 3 cavabsız qolla məğlub edib. Lion “Olimpik”i isə “Mets”lə səfər oyununda məğlubiyyətlə üzləşib.

Ötən tur çempionluğu rəsmiləşdirən PSJ doğma meydanda “Trua” ilə qarşılaşıb. Paris təmsilçisi bu oyunda qələbəni əldən verib.

Fransa Liqa 1
36-cı tur

6 may

Lill – Monako 1:2
Qol: A.Qomes, 69 – Tçuameni, 42; 75.

7 may

Brest – Strasburq 0:1
Qol: Qameyro, 72.

8 may

Mets – Olimpik (Lion) 3:2
Qol: Payot, 27. Lamkel, 40. Bulaya, 90 – Dembele, 43; 84.

Anje – Bordo 4:1
Qol: Ço, 5. Mendi, 36. Bahoken, 62. Laqe, 90 – Mara, 60.

Klermon – Monpelye 2:1
Qol: Raşami, 4. Bayo, 69-pen – Şotar, 32.

Reyms – Lans 1:2
Qol: Zeneli, 28 – Sotoka, 55. Fofana, 90+1.

Loryan – Olimpik (Marsel) 0:3
Qol: Dienq, 39. Genduzi, 48. Jerson, 67.

PSJ – Trua 2:2
Qol: Markinyos, 6. Neymar, 25-pen – Uqbo, 30. Tardieu, 49-pen.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu