22 iyun 2026. Bazar ertəsi

Liqa 1-ə yüksələn ikinci klub bilindi


Liqa 1-ə yüksələn ikinci klub bilindi

Fransa Liqa 1-ə yüksələn ikinci komanda bəlli olub.

Corner.az xəbər verir ki, “Ayaçço” Liqa 2-nin sonuncu – 38-ci turunda “Tuluza”ya minimal hesabla qalib gələrək elitaya vəsiqəni təmin edib.

Bu qələbə sayəsində xalını 75-ə çatdıran komanda 2-ci yeri təmin edib. Daha əvvəl “Tuluza” çempion kimi yüksək liqaya vəsiqə qazanmışdı.

“Ayaçço” sonuncu dəfə 2013/24 mövsümündə Liqa 1-də yarışıb.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”