23 oktyabr 2024. Çərşənbə

PSJ'dən mövsümün son oyununda darmadağın


PSJ'dən mövsümün son oyununda darmadağın

Fransa Liqa 1-də sonuncu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçirilib və eyni saatda başlayıb.

Çempionluğu təmin edən PSJ-ni doğma meydanda “Mets”lə üz-üzə gəlib. Kilian Mbappenin het-trik etdiyi oyunda komandası darmadağınla qələbə qazanıb.

İkinci yer uğrunda mübarizə aparan “Marsel”lə “Monako” bir-birinin büdrəməsinə gözləyirdi. “Monako” səfərdə “Lans”ın qonağı olub. Dörd qolun qeydə alındığı bu matç qalib müəyyənləşməyib.

“Marsel” evdə “Strasburq”la qarşılaşıb və  darmadağınla qalib gələrək ikinci pilləyə yüksəlib. “Monako” isə üçüncü pillədə qərarlaşıb. Beləcə, çempion PSJ ilə yanaşı, “Marsel” və “Monako” Fransanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

“Renn” səfərdə ötən mövsümün qalibi “Lill”in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Xalını 66-ya çatdıran “Renn” mövsümü 4-cü pillədə bitirib və Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Son turda səfərdə “Reyms”i məğlub edən “Nitsa” da mövsümü 66 xalla başa vurub. Beləcə, “Nitsa” Fransanı Avropa Konfrans Liqasında təmsil etmək hüququ qazanıb.

31 xalla son iki pillədə qərarlaşan “Mets” və “Bordo” klubları Liqa 1-i tərk ediblər. 32 xalla 18-ci olan “Sent-Etyen” isə elitada qalmaq üçün pley-off oynayacaq.

Fransa Liqa 1
38-ci tur

21 may

Anje – Monpelye 2:0
Qol: Manqani, 45+1. Laqe, 67.

Brest – Bordo 2:4
Qol: Munye, 16. Belaili, 34 – Manqas, 14. Mara, 32; 73. Dilrosun, 75.

Klermon – Lion 1:2
Qol: Bayo, 59 – Dembele, 26. Auar, 49.

Lans – Monako 2:2
Qol: Frankovski, 30. Qanaqo, 90+5 – Badiaşile, 34. Ben Yedder, 62.

Lill – Renn 2:2
Qol: Vea, 11; 88 – Buriqe, 41. Jirassi, 90+2.

Loryan – Trua 1:1
Qol: Loryente, 74 – Tuzqar, 22.

Marsel – Strasburq 4:0
Qol: Jerson, 32; 89. C.Ünder, 73. Bakambu, 90+2.

Nant – Sent-Etyen 1:1
Qol: Blas, 23 – Hamuma, 79.

PSJ – Mets 5:0
Qol: Mbappe, 25; 28; 50. Neymar, 31. Di Mariya, 67.

Reyms – Nitsa 2:3
Qol: Ekitike, 9. Dumbiya, 17 – Delor, 75-pen; 77; 82.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib