Futbol üzrə Fransa Liqa 1-də 2022/23 mövsümünün sonuncu iştirakçısı müəyyənləşib. Corner.az xəbər verir ki, həlledici matçda Liqa 1-də 2021/22 mövsümünü 18-ci pillədə bitirmiş “Sent-Etyenn”lə Liqa 2-dən gələn “Oser” klubları qarşılaşıb
“Oser”in doğma meydanında baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1. Bu gün “Sent-Etyenn”in meydanında keçirilən cavab görüşündə isə “Oser” 2:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə “Oser” elitaya yüksəlibsə, PSJ ilə birgə Fransanın ən çox (10) çempion olan “Sent-Etyenn” yeni mövsümdə Liqa 2-də mübarizə aparacaq.
Daha öncə Liqa 2-nin qalibi “Tuluza” və ikinci pilləni tutan “Ayaçço” da elitaya yüksəlmişdi.