7 noyabr 2026. Şənbə

"PSG avrokuboklardan uzaqlaşdırılmalıdır"


"PSG avrokuboklardan uzaqlaşdırılmalıdır"
“Nə “Real Madrid”, nə də “Barcelona” PSG-yə qarşı ittiham irəli sürməyi məndən tələb etməyiblər. Bu məsələ Neymarın transferinə aid deyil. PSG və “Manchester City” Avropa futbolundakı maliyyə sabitliyi üçün böyük təhlükədir”. 

Corner.az-ın Qol.az-a istinadən məlumatına görə, bu sözləri İspaniya La Liqasının prezidenti Javier Tebas “L'Equipe”ə açıqlamasında deyib.

PSJ-nin maliyyə feyr-pleyini pozduğunu iddia edən Tebas  Paris klubunun Çempionlar Liqasından uzaqlaşdırılmalı olduğunu bildirib: “PSG transfer bazarında infilyasiya yaradır. Digər komandalar bu klub-dövlətlərlə rəqabət aparmaq üçün həddindən artıq vəsait xərcləməyə məcbur olurlar. Hər şey UEFA-nın standartlarına uyğun olmalıdır. Qaydalar belə klubların avrokuboklardan uzaqlaşdırılmasını tələb edirsə, onda onları mütləq uzaqlaşdırmaq lazımdır. Hamını aldadan klub avrokuboklarda olmamalıdır”.





Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi