17 aprel 2026. Cümə

PSJ-nin prezidenti növbəti dəfə bəraət aldı


PSJ-nin prezidenti növbəti dəfə bəraət aldı
PSJ-nin prezidenti Nasser Əl Xələfə İsveçrə məhkəməsi tərəfindən növbəti dəfə bəraət verilib.

Corner.az xəbər verir ki, 48 yaşlı funksioner korrupsiyada ittiham olunurdu. Qətərli iş adamı həmçinin, FİFA-nın keçmiş baş katibi Jerom Valkeyə Sardiniyadakı bir evdən pulsuz istifadə etmək icazəsi verdiyi üçün qanunsuzluqda günahlandırılırdı. Həmin mənzil 2013-cü ildə Qətər şirkəti tərəfindən alınıb. PSJ-nin prezidentinin vəkili Mark Bonnan məsələ ilə bağlı bunu deyib:
 
“Son illər ərzində edilən böhtan xarakterli ittihamların əsassız olduğu ikinci dəfə ortaya çıxdı”.
 
Jerom Valke Əl Xələfi ilə əlaqəsi olmayan ayrı-ayrı ittihamlarla məhkum edilib. İsveçrənin federal cinayət məhkəməsi fransalı funksioneri sənədləri dəfələrlə saxtalaşdırmaqda və passiv korrupsiyada təqsirli bilib. O, FİFA-nın baş katibi vəzifəsindən 2015-ci ildə istefa verib.






Fransa L.1

“Nitsa” evdə xal itirdi
  • Fransa L.1
  • 21:20 12.04.2026
“Nitsa” evdə xal itirdi
"Marsel" 3 xalı 3 qolla qazandı
  • Fransa L.1
  • 01:16 11.04.2026
"Marsel" 3 xalı 3 qolla qazandı
“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:20 05.04.2026
“Lion” səfərdə xal itirdi