23 oktyabr 2024. Çərşənbə

PSJ Lill'i böyük hesabla məğlub etdi


PSJ Lill'i böyük hesabla məğlub etdi

Fransa Liqa 1-ində 3-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Strasburq” - “Reyms” və “Tuluza” - “Loryan” matçlarında qalib müəyyənləşməyib. “Klermon” evdə “Nitsa”ya, “Renn” isə “Ayaçço”ya qalib gəlib. “Anje” və “Monpelye” isə müvafiq olaraq “Brest” və “Oser”lə ev oyunlarında  xal itkisi ilə üzləşib. Çempion PSJ isə səfərdə “Lill”in qonağı olub və darmadağına sevinib.

3 turdan sonra maksimum nəticə göstərmiş  PSJ 9 xalla liderliyə yüksəlib. Marsel “Olimpik”i ilə “Lans” isə 7 xalla 2-3-cü yerləri bölüşdürürlər. Lion “Olimpik”i də 6 xalla 4-cüdür.

Fransa, Liqa 1
3-cü tur
19 avqust

Olimpik (Lion) – Trua 4:1
Qol: Lakazette, 3. Talyafiko, 46. Tete, 49; 75 – Tardye, 39-pen.

20 avqust

Monako – Lans 1:4
Qol: Badiaşile, 41 – Openda, 7. Maşado, 38. Fofana, 55-pen. Said, 78.

Olimpik (Marsel) – Nant 2:1
Qol: Mbemba, 71. Pallua, 82-öz qapısına – Blas, 78-pen.

21 avqust

Strasburq – Reyms 1:1
Qol: Djiku, 45+2 – Baloqun, 81.

Anje – Brest 1:3
Qol: Bufal, 70 – Duaron, 10; 38. Dari, 65.

Klermon – Nitsa 1:0
Qol: Xaui, 6.

Monpelye – Oser 1:2
Qol: Saxo, 39 – Da Kosta, 70. Autret, 75.

Tuluza – Loryan 2:2
Qol: Ratao, 31. Dallinqa, 64 – Loryente, 2. Kone, 80-pen. 

Renn – Ayaçço 2:1
Qol: Terrye, 18. Teate, 62 – El İdrissi, 57.

Lill – PSJ 1:7
Qol: Bamba, 54 – Mbappe, 1; 66; 86. Messi, 27. Hakimi, 39. Neymar, 43; 52. 







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib