23 oktyabr 2024. Çərşənbə

Mbappe Fransa Liqasında ən sürətli qolunu vurdu


Mbappe Fransa Liqasında ən sürətli qolunu vurdu

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Liqa-1 tarixində ən sürətli qolu vurub.

Corner.az-ın məlumatına görə, bu, "Opta"nın statistika aparmağa başladığı 2006/2007 mövsümündən sonra baş verib.

Mbappe çempionatın III tur matçında səfərdə "Lill"ə keçirdikləri görüşün 9-cu saniyəsində fərqlənib. O, oyun başlayan kimi Lionel Messidən topu alaraq, qapıçını da maneəsiz məğlub edib.

Qarşılaşma PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:1. Bununla da Paris komandası xalını 9-a çatdıraraq, turnir cədvəlində vahid liderə çevrilib.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib