29 iyul 2026. Çərşənbə

Qarabağ'ın rəqibindən heç-heçə


Qarabağ'ın rəqibindən heç-heçə
Fransa çempionatında 5-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda səfərdə “Strasburq”un qonağı olub. Görüşdə tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər - 1:1. Meydan sahibləri 28-ci dəqiqədə hesabı açsa da, “Nant”ın misirli futbolçusu Mustafa Məhəmməd 85-ci dəqiqədə tarazlığı bərpa edərək komandasını məğlubiyyətdən xilas edib.
 
“Nant” 5 turdan sonra 6 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. “Qarabağ”ın bu komandaya qarşı ilk oyunu sentyabrın 15-də Bakıda, ikinci matçı isə oktyabrın 27-də səfərdə olacaq






Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”