5 dekabr 2025. Cümə

PSJ 3 xalı 3 cavabsız qolla qazandı


PSJ 3 xalı 3 cavabsız qolla qazandı

Fransa çempionatında 5-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Son çempion PSJ səfərdə “Tuluza”nın qonağı olub və 3 xalı 3 cavabsız qolla qazanıb. Lion “Olimpik”i “Oser” üzərində, Marsel “Olimpik”i isə “Klermon” üzərində çətin qələbə qazanıb. “Monako” da bu dəfə “Trua” ilə ev oyununda xal itkisi ilə üzləşib

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant” isə səfərdə “Strasburq”un qonağı olub və heç-heçə edib.

Bu nəticələrdən sonra PSJ, “Lans” və Marsel “Olimpik”i 13 xalla zirvəyə şərikdirlər. Lion “Olimpik”i 10 xalla 4-cüdür. 5-ci pillədə olan “Monpelye”nin isə 9 xalı var.

Fransa, Liqa 1
5-ci tur
31 avqust

Anje – Reyms 2:4
Qol: Bufal, 59. Hunu, 67 – Munetsi, 23. İto, 45+1. Baloqun, 70. Flips, 90.

Olimpik (Lion) – Oser 2:1
Qol: Tete, 29. Ekambi, 72 – Otre, 80.

Monako – Trua 2:4
Qol: Maripan, 10. Fofana, 63 – Tardye, 22-pen. Odober, 45+2. Balde, 48. Salmye, 78.

Monpelye – Ayaçço 2:0
Qol: Nordin, 28. Vahi, 77.

Strasburq – Nant 1:1
Qol: Diallo, 28 – M.Məhəmməd, 85.

Lans – Loryan 5:2
Qol: Sotoka, 24; 77. Said, 28. Abdul Samed, 57. Opende, 86 – Moffi, 41; 50.

Lill – Nitsa 1:2
Qol: Bamba, 20 – Delor, 22. Pepe, 29.

Olimpik (Marsel) – Klermon 1:0
Qol: Geye, 49.

Renn – Brest 3:1
Qol: Rodon, 53. Terrye, 89. Dou, 90+1 – Honorat, 57.

Tuluza – PSJ 0:3
Qol: Neymar, 37. Mbappe, 50. Bernat, 90.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər