7 noyabr 2026. Şənbə

Vadji Sent Etyen'də debüt etdi, penalti qazandı


Vadji Sent Etyen'də debüt etdi, penalti qazandı
Fransanın “Sent Etyen” klubunun “Qarabağ"dan transfer etdiyi İbrahima Vadji Liqa 2 təmsilçisində debüt edib. Corner.az xəbər verir ki, 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu 7-ci turun “Po” ilə səfər matçına təsadüf edib.
 
Oyuna ehtiyatda başlayan seneqallı futbolçu 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub. “Qarabağ”ın sabiq futbolçusu debüt matçında komandasına penalti qazandırıb. 84-cü dəqiqədə Lenni Pintor bu penaltidən dəqiq yararlanmaqla yekun nəticəni müəyyənləşdirib - 2:2.
 
Bu nəticədən sonra “Sent Etyen” 4 xalla 19-cu pillədə qərarlaşıb.






Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi