5 may 2026. Çərşənbə axşamı

Vadji Sent Etyen'də ilk qolunu vurdu


Vadji Sent Etyen'də ilk qolunu vurdu
“Qarabağ”dan “Sent Etyen”ə keçən İbrahima Vadji Fransa klubunda qol hesabını açıb. Corner.az xəbər verir ki, 27 yaşlı hücumçu Liqa 2-nin 8-ci turu çərçivəsində keçirilmiş “Bordo” ilə oyunda fərqlənib.
 
Seneqallı oyunçu, matçın 35-ci dəqiqəsində hesabı açıb. Vadji 2:0 hesabı ilə qalib gəldikləri oyunda 90 dəqiqə meydanda olub.
 
Vadji bundan əvvəlki turda “Po” ilə oyunda “Sent Etyen”də debüt edib və komandasına penalti qazandırıb.
 
“Sent Etyen” hazırda 7 xalla 12-ci, “Bordo” isə 14 xalla liderdir.






Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu