- Fransa L.1
- 22:15 22.11.2024
Fransa çempionatında 7-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.
“Strasburq” - “Klermon” matçında qapılara qol vurulmayıb. “Nitsa” səfərdə “Ayaçço”nun qonağı olub və minimal hesabla qalib gəlib. “Tuluza” da evdə “Reyms”lə üz-üzə gəlib və tək qolla 3 xal qazanıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” səfərdə “Loryan”ın qonağı olub və uduzub. “Anje” doğma meydanda “Monpelye”ni, “Renn” “Oser”i, “Monako” da Lion “Olimpik”i üzərində qələbəyə sevinib.
7 turdan sonra 19 xala malik PSJ və Marsel “Olimpik”i şərikli liderdirlər. 17 xalı olan “Lans” üçüncü pillədə qərarlaşıb. “Loryan” 16 xalla dördüncüdür. Lion “Olimpik”i 13 xalla 5-cidirsə, bu komandanı 11 xalı olan “Renn” və “Monako” izləyir.
Fransa, Liqa 1
7-ci tur
9 sentyabr
Lans – Trua 1:0
Qol: Danso, 39.
10 sentyabr
PSJ – Brest 1:0
Qol: Neymar, 30.
Olimpik (Marsel) – Lill 2:1
Qol: A.Sançes, 26. Jiqo, 61 – İsmaili, 12.
11 sentyabr
Strasburq – Klermon 0:0
Ayaçço – Nitsa 0:1
Qol: Delor, 65.
Anje – Monpelye 2:1
Qol: Hunu, 9. Bufal, 69-pen – Nordin, 7.
Loryan – Nant 3:2
Qol: Uattara, 19. Katlin, 60. Kone, 74 – Qanaqo, 13. Simon, 85.
Tuluza – Reyms 1:0
Qol: Abuxlal, 31.
Renn – Oser 5:0
Qol: Sulemana, 3. Quiri, 60. Terye, 68. Tait, 78. Abline, 85.
Monako – Olimpik (Lion) 2:1
Qol: Badiaşile, 55. Maripan, 63 – Ekambi, 81.