23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibindən heç-heçə


Qarabağ'ın rəqibindən heç-heçə

Fransa çempionatında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" komandası da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda "Lans"ı qəbul edib və görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Nant" 15-ci pillədə qərarlaşıb. 18 xala malik "Lans" isə 4-cü sıradadır.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib