23 oktyabr 2024. Çərşənbə

PSJ-dən çətin qələbə


PSJ-dən çətin qələbə

Fransa çempionatında 8-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” evdə “Lans”ı qəbul edib. Bu matçda qapılara qol vurulmayıb. Marsel “Olimpik”i də “Renn”lə ev oyunundan heç-heçə ilə ayrılıb.Səfərdə “Reyms”in qonağı olan  “Monako”  böyük hesablı qələbə qazanıb. Son çempion PSJ də səfərdə Lion “Olimpik”in qonağı olub və bir qolla qalib gəlib

8 turdan sonra PSJ 22 xalla vahid liderdir. Marsel “Olimpik”i 20 xalla 2-ci, “Loryan” 19 xalla 3-cü, “Lans” 18 xalla 4-cü, “Monako” 14 xalla 5-cidir. Lion “Olimpik”i və “Lill” isə 13 xal toplaya bilib.

Fransa, Liqa 1
8-ci tur
16 sentyabr

Oser – Loryan 1:3
Qol: Hayn, 50 – Uattara, 15. Moffi, 36. Le Fi, 42.

17 sentyabr

Monpelye – Strasburq 2:1
Qol: Nordin, 17. Savanye, 90+4 – Diallo, 85.

Lill – Tuluza 2:1
Qol: David, 5. Unas, 53 – Çaibi, 48.

18 sentyabr

Reyms – Monako 0:3
Qol: Qolovin, 47. Minamino, 87. Ben Yedder, 90.

Brest – Ayaçço 0:1
Qol: Hamuma, 65.

Klermon – Trua 1:3
Qol: Qastyen, 3 – Balde, 23; 54. Ripar, 83.

Olimpik (Marsel) – Renn 1:1
Qol: Genduzi, 52 – Genduzi, 25-öz qapısına.

Nitsa – Anje 0:1
Qol: Bentaleb, 43.

Nant – Lans 0:0

Olimpik (Lion) – PSJ 0:1
Qol: Messi, 5.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib