23 oktyabr 2024. Çərşənbə

Messi Ronaldonun rekordunu qırdı


Messi Ronaldonun rekordunu qırdı

Fransa PSJ-sinin futbolçusu Lionel Messi İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştiano Ronaldonun rekordunu qırıb.

Corner.az-ın məlumatına görə, 35 yaşlı hücumçu buna "Lion"u səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Liqa 1-in VIII tur oyununda nail olub.

5-ci dəqiqədə komandasının yeganə qoluna imza atan ulduz oyunçu karyerasında penaltilər istisna olmaqla 672-ci dəfə fərqlənib. Argentinalı forvard 671 dəfə rəqib qapılarına yol tapan Ronaldunu geridə qoyub.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Hücumçunun klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib