23 oktyabr 2024. Çərşənbə

Qarabağ'la oyundan sonra toparlanmağa çalışdıq


Qarabağ'la oyundan sonra toparlanmağa çalışdıq

"Vacib xal qazandıq. "Qarabağ"la matçdan sonra toparlanmağa çalışdıq".

Corner.az-ın məlumatına görə, bunu Fransa "Nant"ının futbolçusu Andrey Cirotto "Lans"la qolsuz heç-heçə etdikləri Fransa Liqa 1-in VIII tur oyunundan sonra deyib.

30 yaşlı yarımmüdafiəçi qol şanslarından yararlana bilmədiklərini söyləyib: "Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib gəlmək istəyirdik. Bu komandaya qarşı bir xal qazanmaq yaxşı nəticədir".

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib