23 oktyabr 2024. Çərşənbə

Messi Kumana çatdı, Senini geridə qoydu


Messi Kumana çatdı, Senini geridə qoydu
Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Braziliyanın “San Paulo” komandasının əfsanəvi qapıçısı Rojerio Seninin nailiyyətini geridə qoyub. Corner.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Liqa 1-in 9-cu turu çərçivəsində "Nitsa"nı 2:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
 
29-cu dəqiqədə fərqlənən argentinalı futbolçu cərimə zərbəsindən vurduğu qolların sayını 60-a çatdırıb. 1993-2015-ci illərdə “San Paulo”da çıxış edən Seni isə 59 dəfə standart vəziyyətdən rəqib qapılarına yol tapmışdı. Messi bu göstəriciyə görə İspaniya "Barselona"sının sabiq oyunçusu Ronald Kumana da çatıb.
 
Cərimə zərbələrindən ən çox fərqlənən futbolçu isə Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Juninyo Pernambukanodur. 47 yaşlı keçmiş oyunçu bunu 77 dəfə bacarıb. Braziliyalı əfsanəvi hücumçu Pele (70), argentinalı Viktor Leqrotalye, braziliyalı Ronaldinyo (hər ikisi 66), ingiltərəli Devid Bekhem (65), argentinalı Dieqo Maradona və braziliyalı Ziko (hər ikisi 62) da bu siyahıda Messidən öndə qərarlaşıb.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib