23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibi səfərdə böyük hesabla uduzdu


Qarabağ'ın rəqibi səfərdə böyük hesabla uduzdu
Fransa çempionatında 9-cu turun oyunları keçirilir. 

Corner.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Fransa "Nant"ı da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Monako"nun qonağı olub və  1:4 hesablı məğlubiyyətlə üzləşib.

Meydan sahiblərindən 2-ci dəqiqədə Brel Embolo, 6, 28 və 62-ci dəqiqələrdə Vissam Ben-Yedder fərqlənib. Antuan Kambuarenin baş məşqçi olduğu kollektivin yeganə qolunu isə 79-cu dəqiqədə Kayo Enrike öz qapısından keçirib.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran "Monako" 5-ci pilləyə yüksəlib. 7 xalı olan Nant şəhərinin eyniadlı təmsilçisi isə 16-cı sırada qalıb.

Qeyd edək ki, "Qarabağ" "Nant"la Bakıdakı oyunda 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib