5 dekabr 2025. Cümə

Lill və Lion səfərdə xalsız qaldı


Lill və Lion səfərdə xalsız qaldı

Fransa Liqa 1-də  9-cu turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Trua” – “Reyms” və “Oser” - “Brest” matçlarında qalib müəyyənləşməyib.  “Ayaçço” evdə “Klermon”a məğlub olubsa, “Tuluza” “Monpelye”yə, “Loryan” isə “Lill”ə qalib gəlib. “Nant” səfərdə “Monako”nun qonağı olub və böyük hesabla məğlub olub. Lion “Olimpik”i isə səfərdə “Lans”a minimal hesabla uduzub.

9 turdan sonra 25 xala malik PSJ vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi 23 xalı olan Marsel “Olimpik”idir. “Loryan” 22 xalla 3-cü, “Lans” 21 xalla 4-cü, “Monako” 17 xalla 5-cidir.

Fransa, Liqa 1
9-cu tur
30 sentyabr

Anje – Olimpik (Marsel) 0:3
Qol: Klauss, 35. L.Suares, 50. Jerson, 59.

1 oktyabr

Strasburq – Renn 1:3
Qol: Diallo, 72-pen – Kalimuendo, 38. Terrye, 49. Quiri, 61.

PSJ – Nitsa 2:1
Qol: Messi, 29. Mbappe, 83 – Laborde, 47.

2 oktyabr

Loryan – Lill 2:1
Qol: Diakite, 9-öz qapısına. Le Bris, 87 – David, 78.

Ayaçço – Klermon 1:3
Qol: Avinel, 70 – Kyei, 11. Raşani, 89. Dossu, 90+1.

Oser – Brest 1:1
Qol: Nyanq, 86-pen – Slimani, 64.

Tuluza – Monpelye 4:2
Qol: Spirinqs, 18. Abuxlal, 24. Şaibi, 31. Dejaqer, 48 – Kotsa, 7. Vahi, 68.

Trua – Reyms 2:2
Qol: Odobert, 51. Poroso, 90 – Baloqun, 13. İto, 54.

Monako – Nant 4:1
Qol: Embolo, 2. Ben Yedder, 6; 28; 62 – Henrike, 79-öz qapısına.

Lans – Olimpik (Lion) 1:0
Qol: Sotoka, 82-pen.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər