16 mart 2026. Bazar ertəsi

Monako və Lill'dən qələbə


Monako və Lill'dən qələbə

Fransa çempionatında 10-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha 7 qarşılaşma baş tutub.

“Nitsa” doğma meydanda “Trua”ya, “Renn” “Nant”a, “Lill” isə “Lans”a qalib gəlib. “Anje” evdə “Strasburq”a, “Klermon” da “Oser”ə məğlub olub. Son turlarda ardıcıl qələbələr qazanan “Monako” səfərdə "Monpelye" üzərində inamlı qələbə qazanıb. “Loryan” isə səfərdə "Brest"lə oyunda 3 xalı 2 qolla qazanıb.

10 tur sonra 26 xala malik PSJ vahid liderdir. “Loryan” 25 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü olan Marsel “Olimpik”inin 23 xalı var. “Lans” 21 xalla 4-cü, “Monako” 20 xalla 5-ci, “Renn” 18 xalla 6-cıdır.

Fransa, Liqa 1
10-cu tur
7 oktyabr

Olimpik (Lion) – Tuluza 1:1
Qol: Tete, 2 – Ratao, 67.

8 oktyabr

Olimpik (Marsel) – Ayaçço 1:2
Qol: Payet, 15 – Oko, 25.

Reyms – PSJ 0:0

9 oktyabr

Monpelye – Monako 0:2
Qol: Embolo, 45+1. Boadu, 80.

Anje – Strasburq 2:3
Qol: Hunu, 11. Blajiç, 87 – Qameyro, 7. Blajiç, 33-öz qapısına. Diallo, 58.

Brest – Loryan 1:2
Qol: Del Kastilyo, 17 – Moffi, 24; 53.

Klermon – Oser 2:1
Qol: Xaui, 55. Kyei, 58 – Jubal, 90+1.

Nitsa – Trua 3:2
Qol: Viti, 2. Delor, 37. Pepe, 50 – Şavalerin, 82. Konte, 90.

Renn – Nant 3:0
Qol: Quiri, 26. Terrye, 80. Due, 84.

Lill – Lans 1:0
Qol: David, 44-pen.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi