5 may 2026. Çərşənbə axşamı

PSJ-yə bir qol bəs etdi


PSJ-yə bir qol bəs etdi

Fransa çempionatında 11-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

"Oser" - "Nitsa", "Trua" - "Ayaçço" və “Monako” - “Klermon” matçlarında qalib müəyyənləşməyib.

Lion “Olimpik”i səfərdə “Renn”in qonağı olub və məğlub olub. "Tuluza" "Anje" ilə ev oyununda çətin qələbə qazanıb.

Turun mərkəzi matçında isə lider PSJ doğma meydanda Marsel “Olimpik”ini qəbul edib və minimal hesabla qalib gəlib.

11 turdan sonra PSJ 29 xalla vahid liderdir. 26 xala malik “Loryan” ikinci, 24 xalı olan “Lans” isə üçüncüdür. Marsel “Olimpik”i 23 xalla dördüncü, “Monako” 21 xalla altıncı, Lion “Olimpik”i isə 14 xalla onuncudur.

Fransa, Liqa 1
11-ci tur
14 oktyabr

Strasburq – Lill 0:3
Qol: David, 41-pen; 76. Kabelya, 80.

15 oktyabr

Loryan – Reyms 0:0

Lans – Monpelye 1:0
Qol: Said, 68.

16 oktyabr

Tuluza – Anje 3:2
Qol: Deyager, 10. Van den Bomen, 40. Spirinqs, 67 – Bentaleb, 33. Salama, 90+2.

Oser – Nitsa 1:1
Qol: Da Kosta, 42 – Delor, 20.

Nant – Brest 4:1
Qol: Simon, 35-pen. Qanaqo, 36. M.Məhəmməd, 71. Sissoko, 88 – Fadiqa, 18.

Renn – Olimpik (Lion) 3:2
Qol: Terrye, 38; 77. Quiri, 47 – Lakazette, 23; 72.

Trua – Ayaçço 1:1
Qol: Porozo, 76 – El İdrissi, 88.

Monako – Klermon 1:1
Qol: Embolo, 31 – Anriç, 53.

PSJ – Olimpik (Marsel) 1:0
Qol: Neymar, 45+1.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu