7 noyabr 2026. Şənbə

Nant'dan Qarabağ'la oyundan əvvəl heç-heçə


Nant'dan Qarabağ'la oyundan əvvəl heç-heçə
Fransa çempionatında 12-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” da Liqa 1-də növbəti oyununu keçirib.
 
Sözügedən komanda səfərdə “Nitsa”nın qonağı olub. Bu görüşdə tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər – 1:1. Hesabı 49-cu dəqiqədə “Nant”ın futbolçusu İqnatius Qanaqo vurub. Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə isə “Nitsa” hesabı bərabərləşdirib. Nikolas Pepe penalti zərbəsindən fərqlənib.
 
Bu nəticədən sonra meydan sahibləri 13 xalla 12-ci, qonaqlar isə 11 xalla 15-ci sırada qərarlaşıb.
 
“Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu 2-ci turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə baş tutacaq.






Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi