5 may 2026. Çərşənbə axşamı

PSJ-dən səfərdə çətin qələbə


PSJ-dən səfərdə çətin qələbə

Fransa çempionatında 14-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

İki qolluq “Klermon” - “Monpelye” və “Lill” - “Renn” matçlarında qalib müəyyənləşməyib. “Nitsa” “Brest”i, “Reyms” isə “Nant”ı minimal hesabla üstələyib. “Monako” da səfərdə “Tuluza” üzərində inamlı qələbə qazanıb.

Lider PSJ səfərdə “Loryan”ın qonağı olub və turu qələbə ilə başa vurub. Lion və Marsel “Olimpik”lərinin duelində isə meydan sahibləri tək qola sevinib.

14 turdan sonra 38 xala malik PSJ vahid liderdir. “Lans” 33 xalla ikinci, “Renn” 28 xalla üçüncüdür. Marsel “Olimpik”i, “Monako” və “Loryan”ın isə 27 xalı var.

Fransa, Liqa 1
14-cü tur
4 noyabr

Trua – Oser 1:1
Qol: R.Lopes, 28 – Perrin, 86.

5 noyabr

Ayaçço – Strasburq 4:2
Qol: Belaili, 33-pen; 40-pen. El İdrissi, 34. Nuri, 45+2 – Belleqard, 6. Qameyro, 17.

Anje – Lans 1:2
Qol: Blajiç, 87 – Said, 21. Medina, 51.

6 noyabr

Loryan – PSJ 1:2
Qol: Moffi, 53 – Neymar, 9. D.Pereyra, 81.

Klermon – Monpelye 1:1
Qol: Andriç, 62 – Savanye, 10-pen.

Nitsa – Brest 1:0
Qol: Laborde, 54.

Reyms – Nant 1:0
Qol: Baloqun, 83-pen.

Tuluza – Monako 0:2
Qol: Qolovin, 46. Embolo, 60.

Lill – Renn 1:1
Qol: Fonte, 16 – Buriqe, 58.

Olimpik (Marsel) – Olimpik (Lion) 1:0
Qol: Jiqo, 43.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu