Fransa çempionatının 15-ci turu çərçivəsində öz meydanında "Tuluza"nı 2:1 hesabı ilə məğlub edən "Renn" maraqlı nəticəyə imza atıb. Corner.az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi bütün turnirlər daxil olmaqla, ardıcıl 17 oyundur ki, uduzmur.
Bu, "qırmızı-qaralar"ın 21-ci əsrdəki rekordudur.
Xatırladaq ki, "Renn" ötən əsrdə iki dəfə məğlubiyyətsiz seriya ilə diqqət çəkib. 1982-ci ilin mayından dekabrınadək 20 qarşılaşmada yenilgi acısı dadmayan komanda 1988-in noyabrından 1989-cu ilin aprelinə qədər də ardıcıl 22 görüşdə uduzmayıb.