- Fransa L.1
- 23:50 23.11.2024
"Mən söz verənlərdən deyiləm və heç bir söz verməmişəm. Hər şeyə Tanrının qərar verdiyini düşünürəm".
Corner.az “Diario Deportivo OLE”-yə istinadən xəbər verir ki, bunu PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi bildirib. 35 yaşlı oyunçu futbolda və həyatda əldə etdiklərinə görə minnətdar olduğunu deyib:
“Həm futbolda, həm də həyatımda yaşadığım hər şeyə görə həmişə minnətdaram. Gələcəkdə nə olacaqsa olacaq. Məncə, buna Tanrı qərar verir. Mən sadəcə bu barədə düşünürəm”.
Fransa çempionatının cari mövsümündə argentinalı futbolçu 13 matçda 7 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında 5 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.