22 iyun 2026. Bazar ertəsi

Lion klubunun yeni sahibi bəlli oldu


Lion klubunun yeni sahibi bəlli oldu

Fransanın "Lion" klubunun yeni sahibi bəlli olub.

Corner.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisinin böyük hissəsini amerikalı milyarder Con Tekstor satın alıb.

Onun rəhbərlik etdiyi "Eagle Football Holdings" səhmlərin 77,49 faizinə sahib çıxıb.

"Lion"un prezidenti Jan-Mişel Ola səhmləri satmağa razılaşıb. Qərar sayəsində klubun kapitalı 86 milyon avro artacaq.

Qeyd edək ki, Braziliyada "Botafoqo", İngiltərə isə "Kristal Pelas" "Eagle Football Holdings"ın nəzarətindədir.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”